Azərbaycan çempionatında  komanda sayı   ARTIRILIR? -  YENİLƏNİB
16 iyun 2023 14:27 (UTC +04:00)

Azərbaycan çempionatında komanda sayı ARTIRILIR? - YENİLƏNİB

Misli Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.

Apasport.az saytının məlumatına göırə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti mövsümdə də 10 komanda olacaq: “Şamaxı” sonuncu yeri tutduğu üçün I diviziona düşəcək. Orada çempion olan “Araz Naxçıvan” isə Premyer Liqada oynayacaq”.

Hacıyev daha öncə açıqlama verən Elmar Məmmədyarovun fikirlərinə də münasibət bildirib. Baş katib komanda sayının 12-yə çatdırıldığını, “Şamaxı”nın Premyer Liqada qaldığını, “Araz Naxçıvan” və “Zaqatala”nın ora yüksəldiyini bildirən komitə üzvünün qərarı yanlış başa düşdüyünü qeyd edib.

***

13:37

Misli Premyer Liqasında komanda sayı artırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Növbəti mövsüm Azərbaycan Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.

Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar