Amerikalı basketbolçu Britni Qreyner Moskvada həbs olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin fevralında Moskvaya gələn basketbolçunun hava limanında yoxlanış zamanı yük yerində narkotik vasitələr tapılıb.
Qreynerə qarşı Rusiya Cinayət Məcəlləsinin 229.1-ci ("Narkotik vasitələrin qaçaqmalçılığı") maddəsi ilə cinayət işi açılıb. İdmançı barəsində həbs-qətimkan tədbiri seçilib.