Almaniya millisinin  baş məşqçisi   ola bilər
05 yanvar 2023 18:41 (UTC +04:00)

Almaniya millisinin baş məşqçisi ola bilər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisinə rəhbərlik edə biləcəyini istisna etməyib.

Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı xəbər verir. 

Kloppun Almaniya futbolunda təcrübəsi var. 2015-ci ildə "Liverpul"a keçməzdən əvvəl Dortmund “Borussiya”sı  və “Maynts”da çalışıb.

“Ola bilər ki, nə vaxtsa mən Almaniya millisinin baş məşqçisi olum, lakin bunun üçün bütün şəraitin formalaşması lazımdır və hazırda belə deyil. “Liverpul”dan ayrılsam, bir il heç nə etməyəcəyəm”, - mənbə Kloppdan sitat gətirib.

Kloppun “Liverpul”la müqaviləsi 2026-cı ilə qədərdir. Almaniya millisinə hazırda müqaviləsi 2024-cü ilə qədər uzadılan Hans-Diter Flik başçılıq edir. Flik milli komandanı Almaniyada keçiriləcək Avropa çempionatına hazırlayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar