Gələcəyin ən yaxşı futbolçularından birinin adını açıqladı - Totti
01 may 2020 09:28 (UTC +04:00)

Gələcəyin ən yaxşı futbolçularından birinin adını açıqladı - Totti

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti "Breliya"nın yarımmüdafiəçisi Sandro Tonali haqda fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, ötənlərin ulduz futbolçusu 20 yaşlı orta sahə oyunçusunu tərifləyib.

Totti "Roma" rəhbərliyinə Tonalini transfer etməyi məsləhət görüb: "Mən onunla müqavilə imzalamaq üçün bir şey edərdim. Düşünürəm ki, Tonali dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. Sandro bunun üçün bütün keyfiyyətlərə malikdir".

Qeyd edək ki, "Breşiya" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Sandro Tonali Avropanın bir çox nəhəng klubunun diqqət mərkəzindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565
avatar

Oxşar yazılar