Qonsalo İquain
20 oktyabr 2021 18:56 (UTC +04:00)

Qonsalo İquain

34 yaşında karyerasını başa vurmağa hazırlaşır.

Argentina millisinin sabiq futbolçusu Qonsalo İquain karyerasını başa vurmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, hazırda “İnter Mayami”nin formasını geyinən hücumçu bu barədə düşündüyünü etiraf edib.

34 yaşlı forvardın MLS təmsilçisi ilə müqavilə müddəti 2023-cü ilə qədərdir. Lakin o, bu ilin sonunda futbolla vidalaşmağı nəzərdən keçirir. İquain cari mövsüm MLS-də keçirdiyi 26 oyunda 10 qol vurub, 3 assist edib.

“River Pleyt”in yetirməsi olan Qonsalo İquain karyerası ərzində “Real”, “Yuventus”, “Napoli”, “Milan” və “Çelsi” kimi nəhənglərin formasını geyinib.

# 1476
avatar

Oxşar yazılar