                        AİBA London Olimpiadası ilə bağlı üç qərar qəbul edib
                                    
                                    0
                                
                                    0
                                
                                Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) hazırda Londonda keçirilən XXX Yay Olimpiya Oyunları ilə bağlı bir sıra qərarlar çıxarıb. 
Apasport.az saytının AİBA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, AİBA olimpiadada boks yarışlarına hakimlik edən türkmənistanlı İşanqulu Meretniyazovun yarışlardan kənarlaşdırılması haqqında qərar qəbul edib. Eyni zamanda almaniyalı hakim Frank Şarmax isə avqustun 6-dək Olimpiya Oyunlarında hakimlik etməkdən məhrum olunmaqla cəzalandırılıb.
AİBA-nın digər qərarı isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) texniki əməkdaşı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevlə bağlı olub. A.Abıyevin AİBA-nın Davranış Qaydalarını pozmasının əsas göstərildiyi qərarda A.Abıyevin AİBA nümayəndələrinin qaldığı oteldən uzaqlaşdırıldığı əksini tapıb.
AİBA prezidenti Çinq-Kuo Vu belə qərarların qəbulundan təəssüfləndiyini bildirib.