İspaniya millisi 1734 litr pivə ilə mükafatlandırıldı - FOTO
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, komandanın sponsoru olan “Cruzcampo” markalı pivə şirkəti oyunçuları belə mükafatlandırıb. İçkinin həcmi dünya çempionatında çıxış etmiş yığmanın 23 futbolçusunun ümumi çəkisinə uyğun gəlib. Oyunçuların hər biri öz çəkiləri qədər pivə alıblar. Çəki prosesi mükafatlandırma mərasimindəcə baş tutub. Hamıdan çox pivə hücumçu Fernando Lyorenteyə qismət olub. Lyorentenin çəkisi 94,6 kq gəlib. Ən az pivəyə isə 60 kq çəkiyə malik Xesus Navas sahib olub. Lyorente bildirib ki, ona verilən pivəni təklikdə içə bilməyək. O, mükafatın bir hissəsini bağışlayacağına söz verib.
Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında İspaniya yığması ilk görüşündə İsveçrəyə uduzsa da, sonradan ardıcıl 6 matçda qalib gəlib. Finalda baş məşqçi Visente del Boskenin komandası Hollandiyanı əlavə vaxtda 1:0 hesabı ilə yenərək, tarixində ilk dəfə dünya çempionu olub.

667