“Liverpul” rəhbərliyi “Borussiya”nın futbolçusu Ceydon Sançoya görə Dortmund klubuna rəsmi təkliflə müraciət edib.
Lent.az-ın məlumatına görə, “mersisaydlılar” yarımmüdafiəçinin transferinə 100 milyon funt-sterlinqdən çox pul xərcləməyə razı deyil.
Almanlar Sançonun gedişindən fantastik məbləğdə qazanc götürməyi planlaşdırırlar. Odur ki, bu məsələdə “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”dən mübarizədən qalib ayrılmalıdır. “Mankunianlar” Sançoya görə 120 milyon funt-sterlinqlik təklif hazırlayıblar. Bu mənada, onun “Mançester Yunayted”ə keçmək şansı daha yüksək dəyərləndirilir.
Qeyd edək ki, 20 yaşlı ingilis futbolçu 2017-ci ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund klubunun heyətində 84 oyunda 29 qola imza atıb.