Zaqatalada intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubova yaşadığı evin həyətindəki qoz ağacından özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıb.
H. Yusubovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da onun son vaxtlar psixoloji gərginlik keçirdiyi bildirilir.
Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.