Yol kənarından kişi meyiti tapıldı
30 mart 2025 14:52 (UTC +04:00)

Yol kənarından kişi meyiti tapıldı

Şəmkirdə meyit tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyit Gəncə-Şəmkir yolunun kənarında, Yeni həyat kəndinin yaxınlığında yerləşən restoranın ətrafında aşkarlanıb.

Meyiti tapılan şəxs təxminən 35-40 yaşlarında kişidir. Üzərində heç bir zorakılıq aşkar olunmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Meyit adiyyatı üzrə ekspertizaya təqdim olunub.

Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar