Qanada anasının diri-diri basdırdığı yeni doğulmuş körpə altı saat yerin altında qalıb və sağ qalıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Uqandadan olan 23 yaşlı qız anası onu gecə doğumdan bir neçə dəqiqə sonra öz bağında basdırıb. Yeni doğulmuş körpə yalnız səhəri gün aşkar edilib. Bağda qanlı ayaq izlərini görən ananın yaxınları sonda qızın dəfn olunduğu yeri tapıblar.
Ailə dərhal təcili yardım çağırıb.
Qızı yerdən çıxarıblar. Onun göbək bağı ilə plasentaya bağlandığı qeyd olunur. Yenidoğulmuşun bədəni dərin kəsiklər və göyərmələrlə örtülübmüş. Həkimlər qızı çirkdən təmizləyib, göbək bağını kəsiblər. Bir neçə dəqiqədən sonra o, zəif səslə ağlayıb.
Soyuqdan göyərmiş körpəni dəsmala büküb təcili xəstəxanaya aparıblar. Tibb müəssisəsinə çatan kimi qız ucadan qışqırmağa və həyat əlamətləri göstərməyə başlayıb. Həkimlər uşağı yuyub yaralarını müalicə edib, sonra onu küvezə yerləşdirib və burun deşikləri oksigenlə təmin ediblər.
Sonrakı müayinə qızın praktiki olaraq zərər görmədiyini göstərib: ürəyi, mədəsi və digər orqanları zədələnməyib. Cəmi altı gün sonra yeni doğulmuş körpə xəstəxanadan buraxılıb və 24 saat ərzində oksigensiz öz-özünə nəfəs ala bilib. İndi ona nənəsi baxır.
Qızın anası həbs edilib. O, islah mərkəzinə yerləşdirilib və daha sonra psixiatriya klinikasına köçürülüb.