Yağışlı havada "avtoş"luq edən  saxlanıldı
08 oktyabr 2026 16:52 (UTC +04:00)

Yağışlı havada "avtoş"luq edən saxlanıldı

0

Abşeronda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi ərazisində qeydə alınıb.

22 yaşlı Tacəddin Cəfərov (şərti adla) özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən havanın yağışlı olmasından istifadə edərək, qəfil nəqliyyat vasitəsini sürətləndirib. Bu zaman təkərlər davamlı olaraq yer səthində sürtülərək səslər çıxarıb.

Faktla bağlı Tacəddin Cəfərov yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.

T. Cəfərov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib. Onun vəkili isə Cəfərovun birinci dəfədir ki, inzibati xəta törətdiyini deyərək, bunun nəzərə alınmasını istəyib.

Məhkəmə qərarı ilə o, 1 il nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar