Alim Əlimuradov
30 dekabr 2021 16:00 (UTC +04:00)

Alim Əlimuradov

Xudatda silsilə oğurluqlar edən tutuldu

1

Xaçmazın Xudat qəsəbəsində evlərdən və obyektlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini, axtarışda olan Alim Əlimuradov saxlanılıb.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul,  müxtəlif ərzaq məhsulları, spirtli içkilər, külli miqdarda müxtəlif növ siqaretlər və video müşahidə kamerası oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1587

Oxşar yazılar