Xilasedicilər 13 metrlik quyudan kişi meyiti çıxartdı
09 sentyabr 2021 23:45 (UTC +04:00)

Xilasedicilər 13 metrlik quyudan kişi meyiti çıxartdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar