Bakıda zorlanan qız polisə şikayət etdi
14 noyabr 2014 18:40 (UTC +04:00)

Bakıda zorlanan qız polisə şikayət etdi

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinə cinsi zorakılıqla bağlı şikayət ərizəsi daxil olub. Lent.az-ın məlumatına görə, bu barədə vesti.az-a Xəzər rayon Polis İdarəsindən bildirilib.

 

Belə ki, Zirə qəsəbəsinin 26 yaşlı sakini Rəfiqə Dadaşova (ad şərtidir) ərizə yazaraq bildirib ki, o, sentyabrın 12-də Sərvət adlı gənc tərəfindən zorlanıb. Hadisə qəsəbənin dəniz sahili ərazisində baş verib. Müraciət əsasında tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən sonra şikayətin əsaslı olub-olmadığını bilinəcək. Qızın niyə 2 ay sonra şikayət etməsi də sual doğurur.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar