Zərdabda və Lənkəranda yanğın olub
24 iyun 2018 09:59 (UTC +04:00)

Zərdabda və Lənkəranda yanğın olub

Zərdab rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 150 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 5 m2 sahədə və 5 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Oxşar hadisə Lənkəran şəhərində də qeydə alınıb. Ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində bir otağın və aynabəndin yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbəsində aynabəndin və bir otağın plastikdən ibarət pəncərə çərçivələri 20 m2 və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar