Zərdab sakinindən yarım kilo marixuana aşkarlanıb
18 noyabr 2014 21:22 (UTC +04:00)

Zərdab sakinindən yarım kilo marixuana aşkarlanıb

0

Zərdab rayonunda  narkotik istifadəçisi saxlanılıb. APA – nın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının  keçirdiyi əməliyyat – axtarış tədbirləri  nəticəsində rayonun Bıçaqçı kənd sakini 55 yaşlı Tarverdi  Mirzəyev saxlanılıb. Baxış zamanı onun üzərindən və evindən ümumilikdə 460 qr qurudulmuş marixuana götürülüb.

 

Təqsirləndirilən T. Mirzəyev 3 ilə yaxındır ki, bu işlə məşğul olduğunu və tutduğu əməlindən peşman olduğunu etiraf edib.

 

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar