Zelenoqradda azərbaycanlı yeniyetməni döyənin tutulması barədə xəbər yayıldı
05 noyabr 2013 21:46 (UTC +04:00)

Zelenoqradda azərbaycanlı yeniyetməni döyənin tutulması barədə xəbər yayıldı

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva vilayətinin Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı yeniyetməni döyən şəxsin saxlanılması barədə məlumat yayıb.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlumatda deyilir:

“Geniş ictimai əks-sədanı nəzərə alaraq, səfirlik 1 noyabr 2013-cü il tarixində Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı əlil oğlanı Kazımov Rövşən Müzəffər oğlunun qəddarcasına döyülməsi məsələsinin araşdırılmasını nəzarət altında saxlayır. Hazırda bədən xəsarətlərinin yetirilməsi işi üzrə şübhəli bilinən 1993-cü il təvəllüdlü Zelenoqrad şəhərinin sakini Lısakov Mixail Valeryeviç RF Cinayət Məcəlləsinin 116.2 hissəsi ilə saxlanılıb.

 

İstintaq və cinayət işinə məhkəmə instansiyalarında baxılması zamanı Rövşən Kazımovun hüquqlarının müdafiə edilməsi məqsədilə səfirlik tərəfindən vəkil tutulub. Yeniyetmə əlilin döyülməsi haqqında bu iş gələcəkdə də səfirlik tərəfindən nəzarət altında saxlanılacaq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar