Zaqatalada yük maşını piyadanı vurub
26 iyul 2014 20:06 (UTC +04:00)

Zaqatalada yük maşını piyadanı vurub

0

Zaqatalada ağır tonnajlı yük maşını yolu keçmək istəyən piyadanı vurub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü, Bakı şəhər sakini Muxtar Əli oğlu Məhərrəmov idarə etdiyi “Mercedes” markalı 90 JM 877 dövlət nişan nömrəli ağır tonnajlı yük maşını ilə Balakən istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1965-ci il təvəllüdlü,  Zaqatala rayon Yuxarı Tala kənd sakini Hacılı Oqtay Məhəmməd oğlunu vurub. Qəza nəticəsində  müxtəlif dərəcəli bədən xəsarətləri alan Oqtay Hacılı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Oqtay Hacılıya qapalı kəllə-beyin travması, aşağı və yuxarı ətrafın və iki qabırğasının sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 901

Oxşar yazılar