Zaqatalada 2 yaşlı uşaq və 52 yaşlı kişi zəhərlənib - YENİLƏNİB
13 iyul 2014 14:47 (UTC +04:00)

Zaqatalada 2 yaşlı uşaq və 52 yaşlı kişi zəhərlənib - YENİLƏNİB

0
Zaqatalada biri azyaşlı olmaqla, iki nəfər dərmandan zəhərlənib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 12-si axşam saatlarında rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü, İlfan İslam oğlu Məmmədov və Zaqatala şəhər sakini, 2012-ci il təvəllüdlü Yusif Sənan oğlu Qurbanov halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olublar.

Həkimlərin araşdırması zamanı məlum olub ki, İlfan Məmmədov gəmiricilərə qarşı kimyəvi maddədən istifadə edən zaman zəhərlənib.

İki yaşlı Yusif Qurbanov isə evdə soyuducuda saxlanılan maye halında dərmanı valideynlərindən xəbərsiz içib. Nəticədə ikiyaşlı azyaşlıda zəhərlənmə baş verib.

Hər iki xəstəyə ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra hər iki xəstənin vəziyyəti stabilləşib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1384

Oxşar yazılar