Pakistanda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib. Lent.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Müdafiə naziri general-polkovnik Z. Həsənovla Pakistan prezidenti arasında görüşün keçirilməsi gözlənilir.
Səfər noyabrın 19-da sona çatacaq.
Zakir Həsənov Pakistan prezidenti ilə görüşəcək
406