Vaqif Əsədov: “Qarnını açıb lezva ilə kəsməyə başladı”
Bakıda yol polisinin cərimə yazdığı sürücü özünü doğrayıb. Lent.az-ın ucnoqta.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün “28 may” küçəsində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün paytaxtda reyd keçirərək qadağan olunmuş yerlərdə avtomobil saxlayan sürücüləri cərimələyiblər. Bu zaman 28 may küçəsində dayanma-durmanı qadağan edən nişanın altında dayanmış “Meredes” markalı minik avtomobilinə də yol polisləri tərəfindən bort-komputer vasitəsilə cərimə yazılıb və avtomaşının şüşəsiləninin altına qoyulub. Bunu görən sürücü avtomobilə yaxınlaşıb və yol polisləri ilə mübahisə edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ucnoqta.az saytına verdiyi məlumata görə, həmin vaxt avtomobilin qapısı açıq imiş. Sürücü isə yol polislərindən xəlvət maşina yaxınlaşıb minib qaçmağa cəhd edib:
“Mən onun maşınının qarşısına keçib dedim ki, cərimə protkolunu götürsün. Sürücü maşina oturub lezva götürdü və yerə düşüb özünə xəsarət yetirməyə başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaşlar ona mane olub lezvanı əlindən almağa çalışdıqda həmin şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, qadın da gəlib bizi təhqir etdi».
Hadisə yerinə gələn digər polis əməkdaşları yaralını xəstəxanaya, oradan isə polis bölməsinə aparıblar. Hazırda araşdırma aparılır.