Yeznə-baldız intiharı ilə bağlı rəsmi məlumat
21 iyul 2014 12:26 (UTC +04:00)

Yeznə-baldız intiharı ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi iyulun 19-da Saatlı rayonunda intihar edən yaxın qohumlarla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qaranur kəndinin meşə zolağında Məmmədabad kənd sakinləri 21 yaşlı Mürşüd Astanov və baldızı, 17 yaşlı Şəfəq Ağaşova özlərini meşədə ağacdan asıblar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

İlkin məlumata görə, yeznə və baldızı arasında sevgi münasibətləri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3308

Oxşar yazılar