Yevlaxda maşın aşdı: [b]3 yaralı[/b]
20 iyul 2018 05:10 (UTC +04:00)

Yevlaxda maşın aşdı: [b]3 yaralı[/b]

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə gecə saatlarında Mingəçevir – Bəhramtəpə avtomobil yolunda, rayonun Salahlı kəndi ilə Aran qəsəbəsi arasındakı istiqamətdə baş verib.

 

Belə ki, idarəetmədən çıxan “CİP” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisi təcili yardım maşını, biri isə yoldan keçən fərdi minik avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar