Yeni körpünün üstündə qəza baş verdi
06 noyabr 2014 06:53 (UTC +04:00)

Yeni körpünün üstündə qəza baş verdi

0

Paytaxtın  Nəsimi  rayonunda  yol  qəzası baş verib. APA-nn məlumatına görə, Salam Adil dairəsindəki  yeni körpünün  üzərində  iki minik  avtomobili toqquşub.

 

Dərhal hadisə yerinə  polis  əməkdaşları gəliblər. Hadisə yerində aparılan ilkin araşdırmadan sonra qəzanın hansı şəraitdə baş verdiyi məlum olub.  Belə ki, "Mercedes" markalı avtomobil  "Chevrolet"in yoluna  çıxıb  və qəza baş verib.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib.  Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2122

Oxşar yazılar