Yenə Doğum Evi,  yenə ana ölümü...
26 iyun 2014 17:14 (UTC +04:00)

Yenə Doğum Evi, yenə ana ölümü...

0

Azərbaycanın Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.

 

Qeyd edək ki, bu, ananın birinci doğuşudur.

 

İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4787

Oxşar yazılar