Bakıda özünü 15-ci mərtəbədən atmq istəyən şəxs xilas edildi - YENİLƏNİB
24 iyul 2014 12:42 (UTC +04:00)

Bakıda özünü 15-ci mərtəbədən atmq istəyən şəxs xilas edildi - YENİLƏNİB

0

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə İnşaatçılar prospekti-4 ünvanında qeydə alınıb.

 

1980-ci il təvəllüdlü Tərlan İsgəndərov intihar məqsədi ilə 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin  hadisə yerində olan əməkdaşları vətəndaşla söhbət edərək, onu fikrindən daşındırıblar.

 

Hadisə yerində olan polis əməkdaşı APA-ya bildirib ki, intihara cəhd edən şəxs gözdən əlildir və pensiyasını ala bilmədiyi üçün intihar etmək istəyib.

 

 

***

11.57

Yasamalda kişi intihar məqsədi ilə 15-ci mərtəbəyə çıxıb

 

Bakıda bir nəfər şəxs intihar məqsədi ilə çoxmərtəbəli binanın damına çıxıb.


 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan kişi Ədliyyə Nazirliyinin yaxınlığında yerləşən 15 mərtəbəli binanın damına çıxaraq özünü atacağını bildirir.

 

Hazırda Fövqəladə Hallar Nazirliyi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün iş aparırlar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1283

Oxşar yazılar