Xoşqədəm Hidayətqızı Türkiyədə şok yaşadı
17 oktyabr 2014 13:25 (UTC +04:00)

Xoşqədəm Hidayətqızı Türkiyədə şok yaşadı

0

Xoşqədəm Hidayətqızı Türkiyədə qaçırıldığını iddia edən azərbaycanlının xilas olunması zamanı çəkiliş apararkən onu rus qadınla birlikdə yaxalayıb. Lent.az-ın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Bakı sakini Kamran Məhəmmədzadə 1 həftə əvvəl yoxa çıxıb. K.Məhəmmədzadənin ailəsi Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə qatılaraq ondan kömək istəyib.

 

23 yaşlı K.Məhəmmədzadə verilişə zəng edib qumar borcuna görə Diyarbəkirdə qaçırıldığını, yalnız 50 min türk lirası qarşılığında azad olunacağını söyləyib. Bundan sonra Azərbaycanın Türkiyədəki konsulluğu polisə müraciət edib.  Polis K.Məhəmmədzadənin rus qadınla birlikdə Laləlidə oteldə qaldığını müəyyənləşdirib.

 

X.Hidayətqızı bundan sonra İstanbula gəlib. Polisin keçirdiyi əməliyyatı lentə alan və azərbaycanlını girov götürənlərlə qarşılaşacağını ümid edən aparıcı K.Məhəmmədzadəni rus qadınla kef edərkən görəndə şoka düşüb.

 

K.Məhəmmədzadə yalan danışdığını etiraf edib: “Pullarımı qumarda uduzandan sonra ailəmə qaçırıldığım yalanını uydurdum”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8096

Oxşar yazılar