Xızıda 8-ci sinif şagirdi Əfqanıstan veteranını qətlə yetirib
14 oktyabr 2014 13:34 (UTC +04:00)

Xızıda 8-ci sinif şagirdi Əfqanıstan veteranını qətlə yetirib

0

 

 

Xızıda qətl törədilib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

 

Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

 

 

 

Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır.

 

Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2408

Oxşar yazılar