Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı
27 iyul 2018 18:21 (UTC +04:00)

Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı

Xəzər rayonunda dənizdə batan 41 yaşlı kişinin meyiti sudan çıxarılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas etmiş və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat başa çatıb.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar