“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP üzvü Xalid Qarayevə 25 sutka həbs cəzası verilib. Lent.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, bu barədə Binəqədi rayon məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Xalid Qarayev küçədə gedərkən ünvansız söyüş söyməkdə ittiham olunur.