[b]Xaçmazda quldurluq:[/b] bir nəfər tutuldu
05 iyul 2014 17:40 (UTC +04:00)

[b]Xaçmazda quldurluq:[/b] bir nəfər tutuldu

0

Xaçmaz sakininə qarşı quldurluq edilib.

 

Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

 

Kənd sakini Qələmnaz Bədəlovanın yaşadığı evə girən şəxsiyyəti məlum olmayan 3 nəfər onu döyərək mənzildən 3 min manat pul və qızıl zinət əşyaları aparıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Nərəcan kənd sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayev tutulub.

Hazırda polis hadisəni törədən digər şəxslərin tapılması istiqamətində axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 794

Oxşar yazılar