Xaçmazda meşədən tapılan meyitin kimliyi müəyyənləşib
19 oktyabr 2014 23:15 (UTC +04:00)

Xaçmazda meşədən tapılan meyitin kimliyi müəyyənləşib

0

Xaçmazda meşə massivindən tapılan meyitin kimliyi müəyyənləşib. 

 


APA-nin şimal bürosunun xəbərinə görə, oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzrində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

 

Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğluna məxsus olduğu müəyyən olunub. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Z. Xeyirov Bakı şəhərində qeydiyyatda olsa da, Xudat 
şəhərində qaynatasının evində yaşayıb. Lakin onun kim və yaxud kimlər tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

 

Faktla bağlı cinayət işi açılıb. Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2251

Oxşar yazılar