Xaçmazda meşədə kişi meyiti tapılıb
18 oktyabr 2014 15:26 (UTC +04:00)

Xaçmazda meşədə kişi meyiti tapılıb

0
Bu gün Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığında yerləşən meşə massivindən kişi meyiti tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, naməlum şəxsin 20-25 yaşlarında olduğu ehtimal olunur.

 

Meyitə baxış zamanı sağ ciynində və əlində  döymə üsulu ilə “Adik” yazıldığı, sol ciynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Onun üzərində geyim olmayıb. Aşkar olunan şəxsin boyu 168 sm-dir.

 

Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün müvafiq axtarış-əməliyyat tədbirləri aparılır.

 

Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Xaçmaz rayon Polis Şöbəsinə (023) 325 53 56 nömrəsinə məlumat vermələri xahiş olunur.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1075

Oxşar yazılar