Xaçmazdakı dəhşətli qətlin <span style="color:red;">TƏFƏRRÜATI
21 oktyabr 2014 17:45 (UTC +04:00)

Xaçmazdakı dəhşətli qətlin TƏFƏRRÜATI

0

Oktyabrın 18-də Xaçmazda Qusar sakini 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovun qətlinin təfərrüatı məlum olub. Xaçmaz Rayon Polis İdarəsindən vesti.az-a verilən xəbərə görə, Z.Xeyirovun qətlində Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkəriyev şübhəli bilinirlər.

Cinayətdə şübhəli bilinən şəxslər hələlik tutulmayıb. Polis onların tutulması istiqamətində iş aparır. İlkin araşdırmalara görə, Z.Xeyirov səhər saatlarında qətlə yetirilib. Mərhumun sifət və baş nahiyəsində yırtıqlar, bədənində isə qançırlar aşkarlanıb. Bu isə ondan xəbər verir ki, cinayətkarlar qətldə dəmir dəyənəkdən istifadə ediblər. Onlar mərhum bədənində siqaret söndürüblər. Cinayətkarlar Z.Xeyirovu işgəncə verərək qətlə yetiriblər. İrəli sürülən versiyaya görə, Z.Xeyirov borca görə öldürülüb.

 

Z.Xeyirov ailəsi ilə birlikdə Xudat şəhərində yaşayıb. 

 

*****

 

APA-nin şimal bürosunun xəbərinə görə, oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzrində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

 

Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğluna məxsus olduğu müəyyən olunub. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Z. Xeyirov Bakı şəhərində qeydiyyatda olsa da, Xudat 
şəhərində qaynatasının evində yaşayıb. Lakin onun kim və yaxud kimlər tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

 

Faktla bağlı cinayət işi açılıb. Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3210

Oxşar yazılar