Venesuelanın Vaşinqtondakı səfirliyinin suyunu kəsdilər
12 may 2019 04:50 (UTC +04:00)

Venesuelanın Vaşinqtondakı səfirliyinin suyunu kəsdilər

0
ABŞ hökuməti Venesuelanın Vaşinqtondakı səfirliyində suyu kəsiblər.
 
ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə səfirlikdəki prezident Nikolas Maduronun fəal tərəfdarlarından olan Medea Benjamin Tvitter səhifəsində yazıb: "ABŞ hökuməti Venesuela səfirliyindəki su xəttini kəsib. İşıq, su yoxdu, yemək az qalıb".
 
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq dözürlər. 
 
Venesuelalı fəal əlavə edib ki, səfirlik binasının işıqları həftənin ortalarında söndürülüb, lakin su təchizatı sistemi işləyirdi: “İndi yeganə işlək olan su xətti də kəsilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1565

Oxşar yazılar