Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayonunun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Elvin İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə sürücü E. Rəhimov və həmkəndlisi olan sərnişini 1992-ci il təvəllüdlü Vüsal Əli oğlu Mahmudov aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.
İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.