R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycan Cəmiyyətinin sədri Rəşid Qasımov APA-ya açıqlamasında bildirib ki, mərhumun meyiti uzun danışıqlardan sonra oktyabrın 29-da silahlıların nəzarətində olan ərazidə qəbirdən çıxarılaraq Azərbaycana gətirilib.
O qeyd edib ki, qardaşının meyitinin qalıqları doğulduqları Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Qeyd edək ki, R. Qasımov bu ilin avqustun 4-də axşam saatlarında silahlıların onun evinə basqını zamanı öldürülüb. Onun qardaşları ilə birgə Luqansk vilayətində iri fermer təsərrüfatı olub və Krasnıy Luçda Azərbaycan Cəmiyyətini yaradıblar.