Ucarda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.
Rayon sakini, II qrup əlil 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.