Üç nəfəri it dişlədi
02 iyul 2018 22:43 (UTC +04:00)

Üç nəfəri it dişlədi

Şəkidə üç nəfəri it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19 radələrində Şəki şəhəri M. Məmmədov küçəsi, ev 10 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Vüsal Saleh oğlu Cabbarlı sol budun, saat 20 radələrində Şəki şəhəri Gənclər küçəsi, ev 14 ünvanında yaşan 1961-ci il təvəllüdlü Ceyhun Qafur qızı Rəsulova sağ baldırın və saat 21 radələrində Şəki şəhəri H. Cavid küçəsi, ev 23 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Fərid Eldar oğlu Əhmədov hər iki budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

 

MRX-dan APA-ya bildirilib ki, hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar