Avropaya qaçqın daşıyan azərbaycanlı tutuldu
17 oktyabr 2014 10:42 (UTC +04:00)

Avropaya qaçqın daşıyan azərbaycanlı tutuldu

Türkiyədə müxtəlif ölkələrdən olan qaçqınların daşınmasına rəhbərlik etməkdə şübhəli bilinən azərbaycanlı tutulub. Lent.az-ın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Muğlanın Datça qəsəbəsində sahil mühafizənin “İdea-1” adlı ticarət qayığında apardığı axtarış nəticəsində içərisində Suriya, İraq, Birma və Eritreyadan olan 81 qaçqın mühacir yaxalanıb.

 

Aparılan ilkin araşdırmalara görə, Palamütbükü sahilində keçirilən əməliyyatda iki təşkilatçı 53 yaşlı azərbaycanlı T.K və 45 yaşlı R.İ tutulub.

 

Mühacirlər polisə verdikləri ilkin ifadələrində ölkələrindəki təzyiqlərdən xilas olmaq üçün Avropaya getdiklərini bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171
avatar

Oxşar yazılar