Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlir
30 oktyabr 2014 12:13 (UTC +04:00)

Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlir

0
 Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general-leytenant Zəkai Aksakallının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Z. Aksakallının başçılıq etdiyi nümayəndə heyəti noyabrın 5-dən 8-dək Bakıda səfərdə olacaq.

 

Bu, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandanlığından Azərbaycana komandan qismində ilk səfərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 815

Oxşar yazılar