Böyük Britaniyanın ərazi sularında göyərtəsində üç tondan çox kokain olan “Hamal Zanzibar” gəmisi saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, doqquz Türkiyə vətəndaşından ibarət gəmi heyəti saxlanılıb. Rekord miqdarda müsadirə olunmuş bu yükün ümumi dəyəri azı 500 mln funt sterlinq (767 500 000 mln dollar) təşkil edir.
Gəmi Aberdin limanından (Şotlandiya) 100 mil şərqdə saxlanılıb.
Əməliyyata hərbi-dəniz qüvvələri, sərhəd xidməti cəlb olunub.
Saxlanılan Türkiyə vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib.