Toydan qayıdanlar qəzaya düşdülər
30 oktyabr 2019 18:36 (UTC +04:00)

Toydan qayıdanlar qəzaya düşdülər

0
Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. "QAZ 2410" markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1312

Oxşar yazılar