Tovuzda piyadanı avtomobil vurub.
APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Şəhər sakini Məzahir Nağıyev yolu keçərkən avtomobil onu vurub. O dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.