Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.
Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutub. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.