Tovuzda cin: naməlum varlıq paltarları kəsir, sənədləri cırır, evi dağıdır
07 iyun 2013 16:20 (UTC +04:00)

Tovuzda cin: naməlum varlıq paltarları kəsir, sənədləri cırır, evi dağıdır

Tovuzda cin peyda olub. Lent.az-ın ."Türkel TV" –yə istinadən verdiyi məlumata görə, şahidlər cinin rayonun İbrahimhacılı kəndində evlərdən birini alt-üst etdiyini deyirlər.

 

Gözlənilməz hadisə ev sakinlərini sözün həqiqi mənasında evdən didərgin salıb. Məmmədovlar ailəsi artıq bir neçə gündür ki, qorxudan yaşadıqları mənzillərində nə yata, nədə rahat hərəkət edə bilirlər. Maraqlısı budur ki, naməlum varlıq ailə üzvlərinin hər birinin paltarlarını “xüsusi bacarıqla” kəsib doğrayır. O, nəinki ev əşyalarını, həmçinin bəzi sənədləri də yararsız hala salmaqdan belə çəkinmir...

Ev sahibi Rasim Məmmədovun sözlərinə görə, əvvəlcə İbrahimhacılı kənd sakinləri bunun balaca nəvələri 3 yaşlı Ayxanın əməli olduğunu düşünsələr də, sonradan apardıqları müşahidələr bunu doğru olmadığını üzə çıxarıb. Onlar bir müddət uşağı babası evinə gəlməyə qoymurlar, buna baxmayaraq, cin işini davam etdirir. Qonşularla da, normal münasibətin olduğunu deyən zərərçəkənlər bunun necə baş verdiyini hələ də aydınlaşdıra bilmirlər. Biçarə ailə düşdükləri maraqlı, həm də acınacaqlı vəziyyətlə bağlı hələ də qərarsızdırlar.. Onlara ən böyük yardım isə “qəhrəman”ı tapıb ifşa etmək olardı...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7435
avatar

Oxşar yazılar