Tovuzda 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib
29 oktyabr 2014 16:31 (UTC +04:00)

Tovuzda 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib

0

Tovuzda 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib. Lent.az-ın Türkel TV-yə istinadən məlumatına görə,  ailə başçısı Xəqani Yusifov özü də daxil olmaqla həyat yoldaşı Xalidə, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu 9 yaşlı Qismət Yusifov Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xalidə Yusifova yedikləri turşunu özü hazırladığını və turşuya heç bir kimyəvi məhlul qatmadığını deyib. Həkimlər Xalidə Yusifova istisna olmaqla, ailənin digər üzvlərinin vəziyyətini kafi qiymətləndirir.  Xəstəxanadan bildirilib ki,  14 yaşlı Aygün Yusifovanın da vəziyyəti orta ağırdır.

 Xəstələrin müalicəsi davam etdirilir.

                           

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 801

Oxşar yazılar