Müsavat partiyası başqanın müavini Tofiq Yaqublu saat 16 radələrində azadlığa buraxılıb və Qaraçuxur qəsəbəsindəki evinə gətirilib. Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, evinin qarşısında T.Yaqublunu əzizləri və dostları qarşılayıb.
*******
15:48
Həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu müvəqqəti olaraq azadlığa buraxılıb.
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, T. Yaqublunun qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsinə icazə verilib. Bunun üçün o, 7 gün müddətinə azadlığa buraxılıb.
Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun meyiti bu gün Bakıya gətiriləcək.
Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
T. Yaqublu cəzasını Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.