Tərtərdə "Jiquli" dərəyə yuvarlandı
18 mart 2017 22:01 (UTC +04:00)

Tərtərdə "Jiquli" dərəyə yuvarlandı

Tərtərdə baş verən yol qəzası nəticəsində sürücüsü xəsarət alıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun “Dörd yol” adlanan ərazisində Cəfərov Zalış Qaçay oğlu idarə etdiyi “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın şahidləri hadisə barədə FHN-nin növbətçi hissəsinə və təcili tibbi yardıma məlumat veriblər. Xilasedicilər və həkimlər hadisə yerinə gələnədək, yaralı sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.

 

Məlumata görə, xəsarət alan sürücünün qardaşı onu paytaxt xəstəxanalarından birinə aparıb.  

 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar